Azərbaycanla İtaliya arasında mədəni irs və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanla İtaliya arasında mədəni irs və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib Əbülfəs Qarayev italiyalı həmkarını Bakıya dəvət edib
Mədəniyyət siyasəti
3 Avqust , 2015 19:20
Azərbaycanla İtaliya arasında mədəni irs və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı. 3 avqust. REPORT.AZ/ İtaliyanın Milan şəhərində "EXPO Milan 2015" sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib.

"Report" xəbər verir ki, konfrans çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İtaliya Respublikasının mədəni irs, fəaliyyət və turizm naziri Dario Francesçini ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə İtaliya arasında mədəni irs və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Ə.Qarayev konfransın əhəmiyyətini xüsusi vurğulayıb və 2016-cı il aprelin 25-27-də Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu zamanı da bu mövzuların müzakirə ediləcəyini bildirib. Həmçinin nazir Əbülfəs Qarayev D.Francesçini Forumda iştirak etməyə dəvət edib.

Son xəbərlər

Orphus sistemi