Yuxarı

Azərbaycanla Dağıstan arasında birgə turizm marşrutlarının yaradılması müzakirə olunub

Əbülfəs Qarayev Qubada rusiyalı qonaqları qəbul edib

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Quba rayonunda Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının mədəniyyət naziri Zarema Butayeva və Moskva Dövlət Mədəniyyət İnstitutunun rektoru Tatyana Kuznetsovanın rəhbərliyi ilə Azərbaycanda səfərdə olan nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Görüşdə Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif mədəni əlaqələrin inkişaf etdirilməsi, mədəniyyət və turizm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, yeni layihələr və incəsənət tədbirlərinin keçirilməsi məsələləri müzakirə edilib.

Eyni zamanda, 18-19 may tarixində Bakı şəhərində keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Rusiyanın nümayəndə heyətinin iştirakı, forum çərçivəsində müxtəlif simpoziumların keçirilməsi, eləcə də mədəniyyət sahəsində təcrübə mübadiləsinin aparılması barədə fikirlər qeyd olunub.
Həmçinin turistlərin regiona cəlb olunması, birgə turizm marşrutlarının yaradılması məsələləri də görüş zamanı nəzərdən keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi