Yuxarı

​Azərbaycanın xalq artisti Prezident İlham Əliyevə məktub yazıb

“Azərbaycan mədəniyyəti daha da inkişaf edərək dünya sivilizasiyasında öz layiqli yerini tutub”

Bakı. 18 sentyabr. REPORT.AZ/ Xalq artisti Faiq Sücəddinov Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu yazıb. “Report” xəbər verir ki, F.Sücəddinov məktubunda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsinə görə dövlət başçısına təşəkkür edib: “Siz xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarını və prinsiplərini həyata keçirərək, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini uğurla davam etdirirsiniz.

Ölkəmiz Sizin rəhbərliyiniz altında mühüm uğurlar qazanıb, apardığınız uğurlu siyasət nəticəsində Azərbaycan mədəniyyəti daha da inkişaf edərək dünya sivilizasiyasında öz layiqli yerini tutub.

Məhz Sizin yorulmaz əməyiniz sayəsində Azərbaycan xalqının maddi rifahı gündən-günə artmaqdadır.

Möhtərəm cənab Prezident, mədəniyyətimizin inkişafındakı xidmətlərimə görə mənə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi məni son dərəcə sevindirməklə yanaşı, yaradıcılıq işlərimin daha da artmasına, yeni-yeni sənət əsərlərinin ərsəyə gəlməsinə ruhlandırır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi