Yuxarı
    Bağlamaq

    Azərbaycanın qədim paytaxtlarına infotur təşkil ediləcək

    Səfər 5 şəhəri əhatə edəcək

    Bakı. 21 oktyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi noyabrın sonu dekabrın əvvəllərində Bakı, Şamaxı, Qəbələ, Gəncə və Bərdəyə infotur təşkil edəcək. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Seymur Həsənov məlumat verib.

    Onun sözlərinə görə, növbəti səfər "Azərbaycanın qədim paytaxtları" adlanacaq və 5 şəhəri əhatə edəcək: "Belə səfərlərin təşkil edilməsinin məqsədi Azərbaycanın qədim tarixi, keçmişi, mədəniyyəti barəsində ətraflı məlumatın verilməsi və təbliğatın aparılmasıdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi