Azərbaycanın məşhur Venesiya Biennalesi çərçivəsində öz pavilyonunu açacaq

Azərbaycanın məşhur Venesiya Biennalesi çərçivəsində öz pavilyonunu açacaq Pavilyonun açılışı mayın 11-də baş tutacaq
Mədəniyyət siyasəti
1 May , 2017 12:00
Azərbaycanın məşhur Venesiya Biennalesi çərçivəsində öz pavilyonunu açacaq

Bakı. 1 may. REPORT.AZ/ 57-ci Venesiya Biennalesi beynəlxalq incəsənət sərgisi çərçivəsində Azərbaycana həsr olunmuş pavilyon qurulacaq.

"Report" İtaliyanın "InDies" nəşrinə istinadən xəbər verir ki, pavilyonun açılışı gələn həftə, mayın 11-də baş tutacaq.

Nəşr Azərbaycanın dil və mədəni müxtəlifliyinin qarşılıqlı münasibətinə, çoxmədəniyyətli və çoxdinli cəmiyyət baxımından inteqrasiya olunmuş birgəyaşayışa və bərabərliyə parlaq nümunə olduğunu qeyd edib.

Qeyd edək ki, dünya incəsənətinin ən məşhur forumlarından biri olan Venesiya Biennalesi iki ildən bir beynəlxalq münsiflər heyətinin iştirakı ilə keçirilən beynəlxalq incəsənət sərgisidir.

Son xəbərlər

Orphus sistemi