Azərbaycanın Macarıstandakı səfirliyində Novruz tədbiri keçirilib

Azərbaycanın Macarıstandakı səfirliyində Novruz tədbiri keçirilib Tədbirdə səfirliyin əməkdaşları, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər
Mədəniyyət siyasəti
18 Mart , 2017 18:00
Azərbaycanın Macarıstandakı səfirliyində Novruz tədbiri keçirilib
Azərbaycanın Macarıstandakı Səfirliyi

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı Səfirliyində Novruz bayramı münasibətilə bayram tədbiri keçirilib.

Səfirlikdən "Report"a verilən xəbərə görə, tədbirdə səfirliyin əməkdaşları, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Səfirliyin müşaviri Q.Həsənov iştirakçıları Novruz bayramı münasibətilə təbrik edərək ən xoş arzularını çatdırıb və bayramın adət-ənənələri barədə məlumat verib.

Ölkəmizin son illərdə əldə etdiyi uğurlardan bəhs edən Q.Həsənov xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasını müsbət məqam kimi qiymətləndirib. Belə ki, Macarıstanda tələbələrimiz də ölkəmizin sürətli inkişafının, zəngin mədəni irsinin və əldə etdiyi nailiyyətlərin təbliği istiqamətində fəallıq göstərir, önəmli təşəbbüslər həyata keçirirlər. 

Q.Həsənov xalqımızın zəngin milli köklərinə söykənən və dərin tarixi yaddaşından süzülüb gələn Novruz bayramının YUNESKO tərəfindən qeyri-maddi-mədəni irs siyahısına daxil edilməsi, 23 fevral 2010-cu ildə isə BMT Baş Məclisi tərəfindən martın 21-i tarixinin “Beynəlxalq Novruz Günü” elan olunması və Novruzun 3000 min ildir ki, Balkanlarda, Qara dəniz hövzəsi regionunda Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edildiyi barədə danışıb.

Tədbirdə Azərbaycanın milli şirniyyatlarından ibarət zəngin süfrə açılıb, samovar çayı dəmlənib və sonda səfirliyin həyətində Novruzun əsas atributlarından biri olan tonqal qalanıb.

Son xəbərlər

Orphus sistemi