Azərbaycanın kəlağayı sənətinə dair yeni çap olunan kitabın təqdimatı keçirilib

Azərbaycanın kəlağayı sənətinə dair yeni çap olunan kitabın təqdimatı keçirilib Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycanın kəlağayı sənətinə dair yeni çap olunan kitabın təqdimatı keçirilib.
Mədəniyyət siyasəti
30 Noyabr , 2018 16:44
Azərbaycanın kəlağayı sənətinə dair yeni çap olunan kitabın təqdimatı keçirilib
"BP Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli / Report / Elchin Agayev
0 : 00
0 : 00

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycanın kəlağayı sənətinə dair yeni çap olunan kitabın təqdimatı keçirilib.

"Report" xəbər verir ki, nəşrdə ölkənin milli sənət nümunələrindən biri olan kəlağayı barədə müfəssəl tarixi məlumatlar əksini tapıb.

Kitab BP şirkətinin Mədəniyyət Nazirliyi ilə əməkdaşılğı çərçivəsində ərsəyə gəlib və məqsəd Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasına dəstək olmaqdır. Nəşrin sponsoru BP şirkətidir. 

Tədbirdə çıxış edən "BP Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi şirkətin Azərbaycanın gözəl milli sənət nümunələrindən biri olan kəlağayı sənətinin tədqiqi və təbliğinə dəstək olmaqdan qürur duyduğunu bildirib: "İnanırıq ki, bu, kəlağayı sənətinin bütün zənginliyini, fəlsəfəsini və təmtərağını özündə tam əks etdirən bir hədiyyədir".

Kitabın müəlliflərdən biri olan Əminə Məlikova deyib ki, kitabda Azərbaycanda müxtəlif dövrlərdə fəaliyyət göstərən kəlağayı məktəblərində hazırlanan kəlağayı nümunələri öz əksini tapıb.

Bu münasibətlə təşkil olunan sərgidə Azərbaycan Xalça Muzeyinin kolleksiyasında qorunub saxlanılan nadir kəlağayılar nümayiş olunacaq. Sərgi 3 gün davam edəcək.

Kitab "ExpoOrg" şirkətinin rəhbərliyi ilə Azərbaycan, Gürcüstan, Rusiya və Ukrayna muzeylərində aparılan geniş tədqiqatların nəticəsində hazırlanıb.

Son xəbərlər

Orphus sistemi