Yuxarı

Azərbaycanın gənc dirijoru Budapeştdə keçirilən müsabiqənin qalibi olub

Orxan Həşimov müsabiqədə Fransa və Niderlanddan olan gənc rejissorları arxada qoyub

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycanın gənc dirijoru Orxan Həşimov tanınmış macar-amerikan bəstəkarı və dirijoru Antal Dorati adına beynəlxalq dirijorluq müsabiqəsinin qalibi olub.

Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, noyabrın 23-dən 28-nə qədər Budapeştdə keçirilən müsabiqənin münsiflər heyəti dünyanın müxtəlif ölkələrindən gələn 30 ifaçının musiqi duyumunu və dirijorluq məharətini qiymətləndiriblər.

O.Həşimov müsabiqədə Fransa və Niderlanddan olan gənc rejissorları arxada qoyub.

Müsabiqənin qalibinə diplom və pul mükafatı təqdim edilib. O.Həşimov həmçinin 2016-2017-ci ildə Avropanın bir sıra şəhərlərində Macarıstan Simfonik Orkestri ilə konsert proqramlarıyla çıxış etmək üçün dəvət alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi