Yuxarı
    Bağlamaq

    Azərbaycanın əməkdar artisti Yakutiyada çıxış edəcək

    Konsert III YUNESKO şedevrlərinin Olonxo torpağında görüşü festivalı çərçivəsində keçiriləcək

    Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələrin laureatı, tarzən Sahib Paşazadə Yakutiyada konsert verəcək.

    "Report" "Yakutia.info" portalına istinadən xəbər verir ki, konsert iyulun 7-də III "YUNESKO şedevrlərinin Olonxo torpağında görüşü" festivalı və "Asiyanın uşaqları" VI Beynəlxalq İdman Oyunları mədəni proqramı çərçivəsində keçiriləcək.

    "Qədim tarın möcüzəsi" adlı konsert Nataliya Bazalevanın rəhbərliyi altında Yakutiya filarmoniyasının simfonik orkestri "Symphonica ARTica"nın müşayiəti ilə keçəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi