Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun xatirəsi Los Ancelesdə anılıb

Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun xatirəsi Los Ancelesdə anılıb Baş konsul Nəsimi Ağayev bəstəkarın həyatı barədə qonaqlara məlumat verib
Mədəniyyət siyasəti
16 Yanvar , 2017 10:30
Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun xatirəsi Los Ancelesdə anılıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanın Los Ancelesdəki baş konsulluğunda görkəmli bəstəkar Fikrət Əmirovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Baş konsulluqdan "Report"a verilən məlumata görə, Azərbaycan klassik musiqisinin ABŞ-da təbliği ilə bağlı baş konsulluğun silsilə tədbirləri çərçivəsində keçirdiyi musiqi gecəsi, Los Ancelesin tanınmış Cedars-Sinai Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən "Bir Ürək Xilas Et" Xeyriyyə Cəmiyyəti ilə birgə təşkil olunub.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev F.Əmirovun həm Azərbaycan, həm də dünya musiqisinə əvəzsiz töhfələr verdiyini və öz musiqi məktəbini quraraq, sonrakı nəsillərə böyük bir miras qoyub getdiyini bildirib. Diplomat, 2017-ci ilin F.Əmirovun anadan olmasının 95 illiyinə təsadüf etdiyini vurğulayaraq, bəstəkarın həyat və yaradıcılığı barədə qonaqları məlumatlandırıb.

Daha sonra "Bir Ürək Xilas Et" Xeyriyyə Cəmiyyətinin rəhbəri, tanınmış kardioloq İzhar Xaruzi və Cəmiyyətin İdarə Heyətinin üzvü Esfir Blauqrund çıxış edərək, F.Əmirovun zəngin musiqi irsinin olduğunu, onun yalnız Azərbaycan musiqisinə deyil, dünya xalqlarının musiqi xəzinəsinə də böyük töhfələr verdiyini bildiriblər.

Çıxışlardan sonra bəstəkarın "Min Bir Gecə" baletinin video-nümayişi keçirilib. Balet, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Son xəbərlər

Orphus sistemi