Azərbaycanın bir qrup mədəniyyət xadimi təltif edilib - SİYAHI

Azərbaycanın bir qrup mədəniyyət xadimi təltif edilib - SİYAHI Təltif edilənlər arasında mədəniyyət və turizm nazirinin müavini də var
Mədəniyyət siyasəti
28 Yanvar , 2016 18:13
Azərbaycanın bir qrup mədəniyyət xadimi təltif edilib - SİYAHI

Təltif edilənlər arasında mədəniyyət və turizm nazirinin müavini də var

Bakı. 28 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. “Report”un xəbərinə görə, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib:

Həsənova Sima Əkbər qızı

Hüseynli Yaşar Şamil oğlu

Kərimova Lalə Sabir qızı.

Bundan başqa, Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Məmmədəliyeva Sevda Yusuf qızı (mədəniyyət və turizm nazirinin müavini)

“Tərəqqi” medalı ilə

Abbasov Qabil Əfqan oğlu

Cəfərova Könül Elxan qızı

Haşımov Emin Mirhaşım oğlu

Hüseynova Azada Cəlil qızı

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Hacıyev Əbülfət Mustafa oğlu

Mədətov İmran Abiboviç

Məmmədova Leyla Mir İsmət qızı

Novruzova Vəfa Məmməd Kamal qızı.

Son xəbərlər

Orphus sistemi