Azərbaycandan “Oskar”a təqdim olunacaq filmlərin qəbulu başlayıb

Azərbaycandan “Oskar”a təqdim olunacaq filmlərin qəbulu başlayıb Avqustun 30-da Azərbaycan filmlərinin Amerika Kino Akademiyasının “Oskar” mükafatına təqdimatı üzrə Komissiyanın növbəti iclası keçirilib.
Mədəniyyət siyasəti
150
7 Sentyabr , 2021 12:46
Azərbaycandan “Oskar”a təqdim olunacaq filmlərin qəbulu başlayıb

Avqustun 30-da Azərbaycan filmlərinin Amerika Kino Akademiyasının “Oskar” mükafatına təqdimatı üzrə Komissiyanın növbəti iclası keçirilib.

Bu barədə "Report"a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

O qeyd edib ki, professor Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi və üzvlərin yeniləndiyi Komissiyanın iclasında 2020 – 2021-ci illərdə xarici fimlər nominasiyası üzrə çəkilmiş filmlərin prodüserlər tərəfindən adı çəkilən Komissiyaya 1 nüsxə Dvd formatında təqdim olunması qərara alınıb.

Qeyd edək ki, filmlər geri qaytarılmır və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fondunda saxlanılır.

Fimlər Komissiyaya sentyabrın 20-dək təqdim olunmalıdır.

Son xəbərlər

Orphus sistemi