Yuxarı
    Bağlamaq

    Azərbaycanda yaradıcı şəxslərin peşəkar yaradıcılığının meyarları ilə bağlı məhdudiyyət ləğv olunub

    Milli Məclisin plenar iclasında Mədəniyyət haqqında qanununda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb

    Bakı. 30 sentyabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında "Mədəniyyət haqqında" qanununda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

    "Report"un xəbərinə görə, layihədə qanunun 24-cü maddəsinin 4-cü bəndinin ləğv edilməsi təklif olunub.

    4-cü bənddə qeyd olunub ki, yaradıcı şəxslərin peşəkar yaradıcılığının meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

    Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

    Qeyd edək ki, bu layihə Milli Məclisə Prezident İlham Əliyevin təqdimatı ilə daxil olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi