Yuxarı

Azərbaycanda nazirliklərdən biri işçi qəbulu elan edib

Müsahibəyə dair ətraflı məlumat almaq istəyənlər nazirliyin İnsan resursları şöbəsinə müraciət edə bilərlər

Bakı. 14 iyul. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edir.

Nazirlikdən "Report"a verilən məlumata görə, müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Mədəniyyət və Turizm Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilər.

Müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən ediləcək. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınacaq.

Müsahibəyə dair ətraflı məlumat almaq istəyənlər Mədəniyyət və Turizm Nazirliyinin İnsan resursları şöbəsinə müraciət edə bilərlər.

Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında müsahibənin şərtləri və hansı sənədlərin tələb olunduğu barədə ətraflı məlumat yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi