Azərbaycanda muzeylər dezinfeksiya işlərindən sonra açılıb

Azərbaycanda muzeylər dezinfeksiya işlərindən sonra açılıb Koronavirus pandemiyasına görə xeyli müddətdir bağlı olan muzeylər yenidən fəaliyyətə başlayıb.
Mədəniyyət siyasəti
2 Sentyabr , 2020 12:36
Azərbaycanda muzeylər dezinfeksiya işlərindən sonra açılıb

Koronavirus pandemiyasına görə xeyli müddətdir bağlı olan muzeylər yenidən fəaliyyətə başlayıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, muzeylərdə təmizlik və dezinfeksiya işləri aparılıb: "Proses artıq yekunlaşıb və muzeylər ziyarətçiləri qəbul edir".

"İçərişəhər" Muzey Mərkəzinin direktoru Əminə Məlikova “Report”a açıqlamasında deyib ki, sentyabrın 1-dək onlayn rejimində işləyiblər: “Artıq muzeylərin fəaliyyətinə icazə verilib və ziyarətçilərimiz də var. Amma bir dəfəyə yalnız 5 nəfəri içəri buraxırıq. Çünki qaydalara əməl etmək lazımdır. Ziyarətçi sayı xarici turizm açıldıqdan sonra dəfələrlə artacaq”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 31 avqust saat 06.00-dan muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur. Bu Qərara əsasən, fəaliyyətinə icazə verilən muzey və sərgi zallarının fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunmalıdır.

Son xəbərlər

Orphus sistemi