Yuxarı

Keçən il Azərbaycanda muzey və teatrlara gələnlərin sayı açıqlanıb

Dövlət Statistika Komitəsi hesabat yayıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycanda muzey və teatrlara gələnlərin sayı açıqlanıb.

"Report" Dövlət Statistika Komitəsinin (DSK) yaydığı hesabata istinadən xəbər verir ki, hazırda Azərbaycanda 33 milyon kitabxana fondu olan 3 291 kütləvi kitabxana, 2 729 klub müəssisəsi, 233 muzey, 28 peşəkar teatr və 347 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir.

2015-ci ildə muzeylərə gələnlərin sayı 2,5 milyon nəfər, teatrlara gələnlərin sayı isə 0,7 milyon nəfər olub. Teatrlarda repertuar müntəzəm olaraq təzələnir və tamaşalar Azərbaycan dili ilə yanaşı, rus və ləzgi dillərində də göstərilir.

Hazırda Azərbaycanda dövlət əhəmiyyətli tаrix, mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruqlarının sayı 28-ə çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi