Yuxarı
    Bağlamaq

    Azərbaycanda kino sənayesi avadanlığı idxalı 3 il müddətinə rüsumlardan azad ediləcək

    Filmlərin istehsalı və satışından əldə edilən mənfəətin 50 faizi gələn il yanvarın 1-dən üç il müddətinə vergidən azad olunur

    Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycanda kino texnikasının, kino texnoloji avadanlığının və kino qurğularının idxalı 3 il müddətinə rüsumlardan azad ediləcək.

    “Report” xəbər verir ki, bununla bağlı layihə Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

    “Gömrük tarifi haqqında” qanuna əlavə edilən 20.0.20-ci maddəyə əsasən, milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texnikasının, kino texnoloji avadanlığının və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə rüsumlardan azad ediləcək.

    Bundan başqa, Vergi Məcəlləsinə əlavə edilən 106.1.18-ci maddəyə görə milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texniaksının, kino texnoloji avadanlığın və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azaddır.

    Məcəlləyə əlavə edilən digər 164.1.36 maddəyə görə yuxarıda qeyd olunanlar qeyd olunan müddətə vergi ödəməkdən də azad edilirlər.

    Vergi Məcəlləsinə əlavə edilən 106.1.18-ci maddəyə görə isə milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında milli filmlərin istehsalı və satışından əldə etdiyi mənfəətin 50 faizi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad olur.

    Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi