Yuxarı

Azərbaycanda ilk dəfə olaraq İnquşetiyanın Mədəniyyət Günləri keçirilir

Sərgidə inquş rəssamlarının 70-dən artıq əl işləri nümayiş etdirilib

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanda ilk dəfə olaraq İnquşetiya Respublikasının Mədəniyyət Günləri keçirilir. "Report"un xəbərinə görə, tədbirin açılışında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri və İnquşetiyanın mədəniyyət nazirinin müavini Ayla İlyasova iştirak edib.

Tədbir çərçivəsində "1969" Qalereyasında "İnquşetiya: tarix və müasirlik" adlı dekorativ-tətbiqi sənət sərgisinin nümayişi keçirilib. Sərgidə inquş rəssamlarının 70-dən artıq əl işləri nümayiş etdirilib.

Bu gün saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət Günlərinin rəsmi açılışı olacaq. Mərasim konsertlə davam edəcək.

Dekabrın 3-də isə Mərdəkan Mədəniyyət Sarayında İnquşetiya incəsənət ustalarının iştirakı ilə konsertlər keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi