Azərbaycanda Frankofoniya Günləri keçiriləcək

Azərbaycanda Frankofoniya Günləri keçiriləcək Ənənəvi tədbirlə əlaqədar Fransa səfirliyi və Azərbaycandakı Fransa İnstitutu ən yaxşı loqotip üzrə müsabiqə keçirir
Mədəniyyət siyasəti
5 Fevral , 2018 17:48
Azərbaycanda Frankofoniya Günləri keçiriləcək

Bakı. 5 fevral. REPORT.AZ/ Martın 30-dan aprelin 15-dək Azərbaycanda Frankofoniya Günləri-2018 keçiriləcək.

Bu barədə "Report" Fransanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Ənənəvi tədbirlə əlaqədar Fransa səfirliyi və Azərbaycandakı Fransa İnstitutu ən yaxşı loqotip üzrə müsabiqə keçirir. Müsabiqədə iştirak etmək istəyənlər işlərini fevralın 25-dək [email protected] elektron ünvanına göndərə bilərlər.

Qeyd edək ki, Frankofoniya Günləri hər il Bakıda yazda keçirilir. Frankofoniya fransızca danışan insanları birləşdirir. 1970-ci ildən etibarən analoji adda təşkilat da fəaliyyət göstərir və o, fransızdilli ölkələrin əməkdaşlığı ilə məşğul olur.

Son xəbərlər

Orphus sistemi