Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycanda Frankofoni filmlər festivalı keçiriləcək. Fransanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumatına görə, festivala aprelin 5-də Litva sənədli filmi "Yerinə yetirilmiş vəd : Vilnius sirləri" nümayişi ilə start veriləcək.
Aprelin 6-da Rumıniya filmi "Love Building" (2013), 7-də Yunan filmi, Mikael Kakoyannis "Albalı bağı" (1999), aprelin 8-də Misir filmi "Qismət (Al-Massir)" (1997), aprelin 9-da Mərakəş filmi "Andalusia, mənim sevgim! " (2012), aprelin 10-da isə Belçika animasiya filmi "Ernest və Selestina" (2012) nümayiş olunacaq.
Frankofoni filmlər festivalı Bakıda aprelin 17-dək davam edəcək.
Eyni zamanda aprelin 10-16-da Bakıda uşaqlar üçün beynəlxalq şahmat turniri təşkil olunacaq.
Aprelin 22-də Frankofoniya Bayramı Gəncədə də keçiriləcək.