Azərbaycanda “Avropa günü” Lənkəran şəhərində qeyd ediləcək

Azərbaycanda “Avropa günü” Lənkəran şəhərində qeyd ediləcək Tədbirdə Avropa İttifaqına üzv olan 15-dən çox ölkə təmsil olunacaq
Mədəniyyət siyasəti
5 May , 2017 20:25
Azərbaycanda “Avropa günü” Lənkəran şəhərində qeyd ediləcək

Bakı. 5 may. REPORT.AZ/ Bu il Azərbaycanda “Avropa günü” ilk dəfə Bakıdan kənarda, Lənkəran şəhərində mayın 6-7-də qeyd ediləcək. Yeni keçirilmə məkanı ilə yanaşı, builki “Avropa günü” Avropa İttifaqının əsasını qoyan Roma Müqaviləsinin 60 illiyinə həsr olunub. 

"Report"a Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyindən verilən məlumata görə, Avropa İttifaqına üzv olan 15-dən çox ölkə Lənkəranda təmsil olunacaq. 

Bildirilib ki, Lənkəran şəhəri bir neçə səbəbə görə tədbirin keçiriləcəyi məkan kimi seçilib. İlk növbədə, Aİ Lənkəran rayonunun inkişafı istiqamətində öz fəaliyyətini gücləndirməkdə maraqlıdır və hazırda rayonun sosial-iqtisadi inkişafını dəstəkləyən proqram (EU4Lankaran) hazırlayır. İkincisi, Lənkəran şəhəri Şimal və Cənub, Şərq və Qərb arasında inkişaf etmiş müxtəlif nəqliyyat dəhlizlərinin üzərindəki strateji mövqedə yerləşir. “Avropa günü” şənlikləri ərzində Lənkəran şəhərinin və qonşu rayonların sakinləri çox zəngin və müxtəlif proqramdan istifadə edə bilərlər. 

Tələbələr Avropa İttifaqının rəsmiləri ilə Aİ-nın keçmişini, buğunun və gələcəyini, eləcə də Aİ-nın Azərbaycan ilə olan əlaqələrini nəzərdən keçirəcəklər. Operanın dühası Mariya Kallasın xatirəsinə həsr olunmuş opera qala konserti Bakı Filarmoniyasından canlı yayımlanacaq. Sərgilər, filmlər və tələbə viktorinası Avropa mədəniyyəti və həyatı barədə əlavə ideyalar verəcək. Aİ-nın dil müxtəlifliyi ilə tanış olmaq istəyənlərə ilkin dil kursları təklif ediləcək. Nəhayət, şənliklər Azərbaycanlı ifaçıların iştirakı ilə böyük açıq hava konserti ilə yekunlaşacaq. 

Ümumiyyətlə, 60 il bundan əvvəl II Dünya Müharibəsindən sonra sülh və firavanlıq naminə təsis edilmiş Avropa İttifaqı hələ də unikal inteqrasiya layihəsi kimi qalmaqdadır. Bu gün təşkilat Avropanın ümumi dəyərlərinin demokratik standartların və vətəndaşlarının yüksək həyat keyfiyyətinin güclü təbliğatçısıdır. Aİ bütün dünyada aparıcı ticarət tərəfdaşı və xarici investora çevrilib. Builki “Avropa günü” şənlikləri vahid Avropa üzrə öhdəlikləri bir daha təsdiq edən hadisə funksiyasını yerinə yetirir.

Son xəbərlər

Orphus sistemi