“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb

“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb
Mədəniyyət siyasəti
1538
17 Aprel , 2018 11:47
“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb

Bakı. 17 aprel. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli, “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi” haqqında 10 yanvar 2018-ci il tarixli sərəncamlarına əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb. Loqotipin müəllifi Zaur Murad oğlu Həmzəyevdir.

Loqotip Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində, eləcədə Azərbaycan Xalq Cümhuriyyəti İli çərçivəsində keçiriləcək tədbirlərdə istifadə olunmaq üçün nəzərdə tutulub.