Yuxarı

Azərbaycan “Varşava mozaikası” Mədəniyyət Günündə təmsil olunacaq

Tədbirdə ilk olaraq Azərbaycanla bağlı təqdimat olacaq

Varşava. 24 sentyabr. REPORT.AZ/ Bu gün Polşanın paytaxtı Varşava şəhərində “Varşava mozaikası” Mədəniyyət Günü keçiriləcək.

Bu barədə “Report”un Şərqi Avropa bürosuna Polşadakı Azərbaycan diasporunun rəhbəri Nail Əhməd məlumat verib.

Onun sözlərinə görə, Varşavanın mərkəzi küçələrinin birində təşkil olunacaq tədbirdə ilk olaraq Azərbaycanla bağlı təqdimat olacaq. Daha sonra bu ölkədə yaşayan həmvətənlərimizin ifasında canlı musiqi və milli rəqslərimiz nümayiş olunacaq, qonaqlara dadlı və ləziz şirniyyatlarımız ikram olunacaq, həmçinin Azərbaycanla bağlı bukletlər paylanılacaq.

Qeyd edək ki, “Avropa Gənclər Evi”nin təşkilatçılığı ilə keçiriləcək “Varşava mozaikası” mədəniyyət günündə Azərbaycan da daxil olmaqla, 7 ölkə Polşa, Ukrayna, Qazaxıstan, Belarus, Gürcüstan və Moldova iştirak edəcək.

Tədbirdə ölkəmizi “Polşada Azərbaycanlı Gənclər Şurası” təmsil edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi