Yuxarı

Azərbaycan "Ural mono-2016" Türk gəncləri festivalında iştirak edir

5 türkdilli ölkə və Rusiyanın 9 regionundan olan 56 istedadlı ifaçı və yaradıcı qrup öz məharətini göstərəcək

Bakı. 27 may. REPORT.AZ/ Ufada 18-ci "Ural mono-2016" Türk gəncləri müsabiqə-festivalı başlayıb. 

"Report" xəbər verir ki, Azərbaycanı bu müsabiqədə vokalist Nicat Rəhimov, çalğıçılar Mədinə Şahgəldiyeva və Aygül Həsənova təmsil edəcək. 

Müsabiqədə 5 türkdilli ölkə və Rusiyanın 9 regionundan olan 56 istedadlı ifaçı və yaradıcı qrup öz məharətini göstərəcək.

Festival Rusiya Mədəniyyət Nazirliyi, Rusiya Xalq Yaradıcılığı Evinin dəstəyi ilə "Rusiya Mədəniyyəti" federal məqsədli proqram çərçivəsində keçirilir. 

Festivalın əsas məqsədi türk gənclərinin müasir milli-musiqili yaradıcılığının təbliği, türk xalqlarının milli adət-ənənələrinin qorunub saxlanılması, türk xalqları arasında mədəni əlaqələrin inkişafıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi