Yuxarı

Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Türkiyədə təhsil alacaqlar

Tələbələr Ərzurumdakı Atatürk Universitetinin yay məktəbində oxuyacaq

Bakı. 19 iyun. REPORT.AZ/ Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 2 tələbəsi iyunun 29-dan iyulun 10-a kimi Türkiyənin Atatürk Universitetində təşkil olunacaq yay məktəbində oxumaq hüququ qazanıb.

"Report" Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, ATMU tələbələri tədris proqramına uyğun olaraq planlaşdırılan dövrdə turizm, marketinq, menecment fənlərindən dərs deyən professor-müəllim heyətinin mühazirələrini dinləyəcək, Ərzurum və Qara dəniz sahillərinə məqsədli tur-səfər edəcəklər.

Qeyd edək ki, Atatürk Universitetində ingilis dilində fəaliyyət göstərən yay məktəbini indiyədək ali təhsil ocağının təxminən 10 tələbəsi bitirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi