Azərbaycan Turizm və Menecment Universitetinə yeni prorektor təyin olunub

Azərbaycan Turizm və Menecment Universitetinə yeni prorektor təyin olunub İranə Əliyeva kollektivə təqdim edilib
Mədəniyyət siyasəti
30 Dekabr , 2016 15:29
Azərbaycan Turizm və Menecment Universitetinə yeni prorektor təyin olunub

Bakı. 30 dekabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Azərbaycan Turizm və Menecment Universitetinə yeni prorektor təyin edilib. 

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva yeni təyin edilən inkişaf məsələləri üzrə prorektor İranə Əliyevanı kollektivə təqdim edib.

Qeyd edək ki, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor İranə Əliyeva Azərbaycan Dövlət Universitetini (hazırkı Bakı Dövlət Universiteti) bitirib. Hazırkı təyinatadək Bakı Slavyan Universitetində kafedra müdiri işləyib. Uzun illər ölkəşünaslıq və rus dili üzrə pedaqoji və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan  İ.Əliyevanın 60-a yaxın elmi əsəri nəşr olunub. 

Son xəbərlər

Orphus sistemi