Azərbaycan turizm imkanlarını Yaponiya və Fransada təbliğ edəcək

Azərbaycan turizm imkanlarını Yaponiya və Fransada təbliğ edəcək Sərgilərdə yerli turizm şirkətləri və mehmanxanaların iştirakı da nəzərdə tutulub
Mədəniyyət siyasəti
11 Avqust , 2015 19:53
Azərbaycan turizm imkanlarını Yaponiya və Fransada təbliğ edəcək

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycan turizm imkanlarını Yaponiya və Fransada keçiriləcək beynəlxalq turizm sərgilərində təbliğ edəcək. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, sentyabrın 24-27-də Yaponiyanın Tokio şəhərində keçirilən "JATA 2015" və 29 sentyabr - 02 oktyabr tarixlərində Fransanın Paris şəhərində keçirilən "Top Resa 2015" beynəlxalq turizm sərgilərində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edəcək. Həmçinin sərgilərdə yerli turizm şirkətləri və mehmanxanaların iştirakı da nəzərdə tutulub.

Adıçəkilən sərgilərdə Azərbaycanın turizm imkanlarını əks etdirən xüsusi lövhənin quraşdırılması və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanmaq üçün müxtəlif növ reklam-çap məhsulları göndərilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi