Azərbaycan “Top Resa 2015" beynəlxalq turizm sərgisində təmsil olunacaq

Azərbaycan “Top Resa 2015" beynəlxalq turizm sərgisində təmsil olunacaq Sərgidə respublikanın turizm imkanları 34 kv.m sahədə quraşdırılmış xüsusi lövhədə əks etdiriləcək
Mədəniyyət siyasəti
28 Sentyabr , 2015 20:58
Azərbaycan “Top Resa 2015 beynəlxalq turizm sərgisində təmsil olunacaq

Bakı. 28 sentyabr. REPORT.AZ Azərbaycan sentyabr 29-dan oktyabrın 2-dək Fransanın Paris şəhərində keçiriləcək "Top Resa 2015" beynəlxalq turizm sərgisində təmsil olunacaq.

"Report" xəbər verir ki, sərgidə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirakı edəcək. Həmçinin, sərgidə 3 yerli turizm şirkəti, "Geo Travel", "Gilan Tourism" və "SW travel" şirkətləri təmsil olunacaq.

Adıçəkilən sərgidə respublikanın turizm imkanlarını əks etdirən 34 kv.m sahədə xüsusi lövhə quraşdırılıb. Lövhə sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və fransız dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub. 

Qeyd edək ki, 2009-cu ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq yeddinci dəfədir "Top Resa" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin ötən il adıçəkilən tədbirdə ölkəmizlə yanaşı, 159 ölkədən 1 800-ə yaxın şirkət təmsil olunub. 

Son xəbərlər

Orphus sistemi