Azərbaycan səfirliyi Litvada təşkil olunan xeyriyyə yarmarkasında təmsil olunub

Azərbaycan səfirliyi Litvada təşkil olunan xeyriyyə yarmarkasında təmsil olunub Tədbirdə Azərbaycanın xalq rəqsi olan "Sarı gəlin" qonaqlarda xoş ovqat yaradıb
Mədəniyyət siyasəti
5 Dekabr , 2016 21:15
Azərbaycan səfirliyi Litvada təşkil olunan xeyriyyə yarmarkasında təmsil olunub

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanın Litvadakı səfirliyi bu ölkədə keçirilən Milad bayramı ilə əlaqədar təşkil olunan xeyriyyə yarmarkasında iştirak edib.

Azərbaycanın Litvadakı səfirliyindən "Report"a verilən məlumata görə, yarmarka paytaxt Vilnüs şəhər Ratuşasında keçirilib.

Xeyriyyə yarmarkasının keçirilməsində məqsəd litvalıların ölkədə akkreditə olmuş xarici dövlətlərin tarixi, mədəniyyəti və mətbəxi ilə yaxından tanış olmaları, o cümlədən iştirakçılar tərəfindən satışa çıxarılan milli suvenirlərdən əldə olunan vəsaitlərin Litvanın uşaq evlərinə, uşaq xəstəxanalarına keçirilməsi olub.

Azərbaycan üçün ayrılmış stenddə milli suvenirlər, xalçalar, kəlağayılar, ölkəmizlə bağlı şəkillər, kitablar, bukletlər, şirniyyatlarımızdan paxlava və şəkərbura, yuxa, narşərab, həmçinin meyvə şirələri, mineral sularnümayiş olunub.

Tədbirdə həmçinin Azərbaycanın "Sarı gəlin" xalq rəqsi qonaqlarda xoş ovqat yaradıb.

Son xəbərlər

Orphus sistemi