Azərbaycan səfirliyi gürcü müğənnini təltif edib

Azərbaycan səfirliyi gürcü müğənnini təltif edib Azərbaycan mahnılarından ibarət albom hazırlayan Gürcüstanın tanınmış müğənnisi Veriko Turaşvili təltif edilib.
Mədəniyyət siyasəti
3 Dekabr , 2021 15:27
Azərbaycan səfirliyi gürcü müğənnini təltif edib

Azərbaycan mahnılarından ibarət albom hazırlayan Gürcüstanın tanınmış müğənnisi Veriko Turaşvili təltif edilib.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev ifaçıya səfirliyin adından təşəkkürnamə təqdim edib.

V.Turaşvili təşəkkürnaməyə 8 Noyabr – Zəfər Günü ərəfəsində Gürcüstanda keçirilən tədbirlərə verdiyi dəstəyə görə layiq görülüb. İfaçı diqqətə görə Azərbaycan səfirliyinə minnətdarlığını bildirib.

Səfir gürcü müğənniyə Azərbaycan musiqisinə xüsusi rəğbətinə görə təşəkkür edib.

Görüşdə V.Turaşvilinin albom layihəsinin reallaşdırılması məsələsi də müzakirə olunub.

Qeyd edək ki, ifaçı albom üçün ilk üç mahnını – Azərbaycanın xalq mahnıları – “Laçın” və “Sarı gəlin”i və Niyazinin “Arzu” romansını artıq yazdırıb. Mahnıların gürcü versiyası da hazırlanıb. Xalq mahnılarımızın ilk təqdimatı Azərbaycan səfirliyinin Tbilisidə ötən ayın əvvəlində keçirdiyi rəsmi qəbulun konsert proqramı hissəsində baş tutub. Hər iki mahnıya videokliplərin Qarabağda çəkilməsi ilə bağlı danışıqlar aparılır.

Son xəbərlər

Orphus sistemi