Azərbaycan, Rusiya və Türkiyə məktəbləri arasında “Qardaşlaşma Sazişi” imzalanıb - FOTO

Azərbaycan, Rusiya və Türkiyə məktəbləri arasında “Qardaşlaşma Sazişi” imzalanıb - FOTO Dövlət müşaviri Kamal Abdullayev tədbirdə iştirak edib
Mədəniyyət siyasəti
13 Fevral , 2016 21:22
Azərbaycan, Rusiya və Türkiyə məktəbləri arasında “Qardaşlaşma Sazişi” imzalanıb - FOTO

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində fevralın 13-də Rusiya, Türkiyə və Azərbaycan məktəbliləri “Qardaşlaşma Sazişi”nin imzalanma mərasimində iştirak ediblər.

Sazişi Rahilə Abbasova (Bakı şəhəri, 189 nömrəli məktəb), Aleksandr Drozdov (Moskva şəhəri, ingilis dilli təmayüllü 1273 nömrəli məktəb), Yonca Acun (Ankara şəhəri, Heydər Əliyev adına ibtidai məktəb), Kamran Əliyev (BSU-nun nəzdində Məktəb-Lisey Kompleksi) imzalayıblar.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev tədbir iştirakçılarını ürəkdən salamlayaraq, onları “Qardaşlaşma Sazişi”nin imzalanması münasibətilə təbrik edib. O deyib: “Azərbaycan Prezidenti 2016-cı ili “Multikulturalizm ili” elan edib. Bu, bütün dünyaya Azərbaycan xalqının mərhəmət, şəfqət, İnsana məhəbbət hissi kimi multikultural dəyərləri bu günədək saxladığı və bundan sonra da qoruyub saxlayacağı barədə bir çağırış oldu”.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli mərasim iştirakçılarını təbrik edib.

Tədbirin bədii hissəsində BSU-nun məzunu, “Eurovision-2011” müsabiqəsinin qalibi Eldar Qasımov çıxış edib.

Son xəbərlər

Orphus sistemi