Bakı. 8 İyun. REPORT.AZ/ Azərbaycan Prezidenti
"Report"un məlumatına görə, YARAT-ın yeni məkanı 1960-cı illərdə dəniz gəmiləri üçün texniki baza kimi fəaliyyət göstərən, sonradan bərpa edilən binada yerləşir. Bərpa nəticəsində ikimərtəbəli dəbdəbəli sərgi məkanı yaradılıb.
Yeni kitabxananın fəaliyyət göstərəcəyi bu məkanda YARAT-ın keçirdiyi sərgilər və il ərzində aparıcı beynəlxalq rəssamlar tərəfindən yeni yaranan hərəkatların dörd müvəqqəti sərgisi nümayiş olunacaq. Auditoriya nümayişlər, performanslar və YARAT-ın maarifləndirici tədbirləri üçün xüsusi məkan rolunu oynayır. Bu mərkəzin başlıca prinsipi təhsil proqramlarını daha da inkişaf etdirmək və beynəlxalq rəssamlar, auditoriya və institutlarla əməkdaşlığı gücləndirməkdir.


