Azərbaycan Prezidenti Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb
Mədəniyyət siyasəti
18 Mart , 2015 20:28
Azərbaycan Prezidenti Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, 2015-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əlağa Vahidin (Əlağa Məmmədqulu oğlu İsgəndərovun) anadan olmasının 120 illiyi tamam olur.

Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirmiş və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaratmışdır. Şairin dərin lirizmi ilə səciyyələnən diqqətəlayiq zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus bənzərsiz hadisədir.

Dövlət başçısı görkəmli şair Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıb ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, tədbirlər planını hazırlayıb həyata keçirsinlər.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi