Azərbaycan “MİTT 2016” beynəlxalq turizm sərgisində təmsil olunacaq

Azərbaycan “MİTT 2016” beynəlxalq turizm sərgisində təmsil olunacaq Sərgidə 200-dən artıq ölkədən 2000-ə yaxın şirkət təmsil olunacaq
Mədəniyyət siyasəti
18 Mart , 2016 14:34
Azərbaycan “MİTT 2016” beynəlxalq turizm sərgisində təmsil olunacaq

Bakı. 18 mart. REPORT.AZ/ Martın 23-dən 26-dək Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək "MİTT 2016" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iştirakı nəzərdə tutulub.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Sərgidə Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva təmsil edəcək. Sərgidə, həmçinin Şahdağ Turizm Kompleksi, Azərbaycan Hava Yolları, “AİTF” turizm sərgisinin, “Formula 1 Avropa Qran Prisi”nin təşkilat komitəsinin və 20-yə yaxın yerli turizm şirkətinin iştirakı planlaşdırılır.

Bu sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 72 kv.m-lik stend hazırlanıb və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.

2002-ci ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq onuncu dəfədir ki, "MİTT" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin bu il adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 200 dən artıq ölkədən 2000-ə yaxın şirkət təmsil olunacaq.

Son xəbərlər

Orphus sistemi