Azərbaycan memarları Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Beynəlxalq Memarlıq Müsabiqəsində Qran-pri qazanıblar.
"Report" xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən 200-dək iştirakçının qatıldığı müsabiqədə memar Nəriman İmaməliyev və Kamal Musaxanov müxtəlif nominasiyalar üzrə 1-ci yerin qalib olaraq Qran-pri qazanıblar.
Memar Rasim Babakişiyev isə 2-ci yeri tutub.
Nəriman İmaməliyev müsabiqəyə "DOST Mərkəzi"nin binasını, Kamal Musaxanov "Vurğun Residence" (Cahangir Axundovla birgə) layihəsini, Rasim Babakişiyev isə restavrasiya nominasiyası üzrə İçərişəhərdə yerləşən "Şah Palace" otelinin memarlıq layihəsini təqdim edib.
Tbilisidən qələbə ilə qayıdan N.İmaməliyev, K.Musaxanov və R.Babakişiyev "Report"un qonağı olublar.
R.Babakişiyev bildirib ki, onlar əvvəlki illərdə də sözügedən müsabiqədə iştirak ediblər: "Nəriman İmaməliyev 2 dəfə, Kamal Musaxanov isə 3-dəfə Qran-prinin sahibi olub. Mən də bir dəfə birinci yerin qalibi olmuşam. Bu dəfə keçirilən 8-ci müsabiqəyə yenə də kifayət qədər sanballı işlər təqdim olunmuşdu. Bu dəfə də uğurlu nəticələr qazandıq. Layihələrimizə çox böyük qiymət verildi. Mənim İtaliyadan olan çox güclü rəqibim vardı, nəticədə ikinci yerin mükafatına layiq görüldüm".
Memarlıq sahəsində hansı problemlərin olduğu barədə sualımıza cavab olaraq müsahiblərimiz bildiriblər ki, onlar sənətlərinə daha yüksək qiymət verilməsini arzulayırlar.
"Hörmətli cənab Prezident
Əlbəttə ki, xaricdən böyük layihələrə cəlb edilən məşhur memarlardan söhbət getmir. Bir çox məmurlar hətta xırda layihələri də xaricdən olan memarlara həvalə edirlər. Mən Azərbaycan Respublikası Memarlar İttifaqının Peşəkarlıq etikası Komissiyasının sədriyəm. Memarlar gəlib şikayət edirlər ki, işimiz yoxdur. Amma bir də xəbər tuturuq ki, hansısa xırda bir işin görülməsinə xaricdən tanınmamış, işini bilməyən bir memarı cəlb ediblər", - R.Babakişiyev bildirib.
Memar təklif edir ki, xaricdən gələn memarların yerli memarlarla birgə fəaliyyət göstərməsi daha məqsədəuyğun olduğu üçün bunu reallaşdırmaq lazımdır: "İstərdik ki, bu məsələ memarlıqla bağlı qanunvericilikdə də öz əksini tapsın. Biz irad və təkliflərimizi
Memar Nəriman İmaməliyev isə hesab edir ki, Azərbaycanda elan olunan layihələrlə bağlı müsabiqələrə həm xarici, həm yerli memarları cəlb etmək lazımdır ki, bu da memarlıq sahəsinin inkişafına səbəb ola bilər.