Azərbaycan Memarlar İttifaqının sədri vətəndaşlara çağırış edib

Azərbaycan Memarlar İttifaqının sədri vətəndaşlara çağırış edib "Bu gün qarşımızda duran problemlər müxtəlifdir və məsuliyyətli yanaşma tələb edir. Qarabağ memarlıq məktəbi Azərbaycanın memarlıq tarixində önəmli yer tutur. Onun atəşpərəstlik, xristian və islam dövrləri olub".
Mədəniyyət siyasəti
24 Noyabr , 2021 15:48
Azərbaycan Memarlar İttifaqının sədri vətəndaşlara çağırış edib
Elbay Qasımzadə

"Bu gün qarşımızda duran problemlər müxtəlifdir və məsuliyyətli yanaşma tələb edir. Qarabağ memarlıq məktəbi Azərbaycanın memarlıq tarixində önəmli yer tutur. Onun atəşpərəstlik, xristian və islam dövrləri olub".

"Report" xəbər verir ki, bunu Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

O bildirib ki, hazırda qarşıda duran məqsədlər sadə deyil: "Burada çox diqqətli olmalıyıq və geniş tədqiqat aparılmalıdır. Bunu beynəlxalq aləmə bildirməliyik. Dünyada müxtəlif fikirlər var və o fikirləri düşmənimiz daha da qızışdırır. Onlar abidələrin bizə aid olmaması ilə bağlı təbliğat aparırırlar. Hər birimiz mədəni irsimizi təbliğ etməli, yazılar yazmalıyıq. Mən beynəlxalq görüşlərdə daim bu haqda danışıram. Düşünürəm ki, hamı bacardığı təbliğatı aparmalıdır. Bu işin ən vacib tərəfi məlumatları düzgün çatdırmaqdır".

Son xəbərlər

Orphus sistemi