Bakı. 13 oktyabr. REPORT.AZ/ Cənubi Afrika Respusblikasının (CAR) Pretoriya şəhərində "Diplomatların Həyat Yoldaşları Assosiasiyasının" təşəbbüsü ilə Beynəlxalq Geyim Festivalı keçirilib.
Bu barədə "Report"a Azərbaycanın CAR-dakı səfirliyindən məlumat verilib.
Festivalda Azərbaycanı CAR-da fəaliyyət göstərən "Yurd" rəqs qrupu təmsil edib və burada milli geyimlər və Azərbaycanın milli rəqsi nümayiş etdirilib.





