Azərbaycan mədəniyyəti Bruklindəki festivalda təqdim olunacaq

Azərbaycan mədəniyyəti Bruklindəki festivalda təqdim olunacaq Tədbirdə Bruklində yaşayan 100-dən çox millətin, o cümlədən Azərbaycan icmasının nümayəndələri iştirak edəcəklər
Mədəniyyət siyasəti
4 Avqust , 2017 09:35
Azərbaycan mədəniyyəti Bruklindəki festivalda təqdim olunacaq

Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycan Nyu-Yorkun Bruklin bölgəsində keçiriləcək Beynəlxalq Dostluq Günü festivalında iştirak edəcək.

"Report" festivalın saytına istinadən xəbər verir ki, tədbirdə Bruklində yaşayan 100-dən çox millətin, o cümlədən Azərbaycan icmasının nümayəndələri iştirak edəcəklər.

Festival çərçivəsində hər millətin adət-ənənələri və mədəniyyəti təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi