​Azərbaycan “Marı-2015-ci il Türk Dünyasının Mədəniyyət Paytaxtı”nın açılış mərasimində təmsil olunacaq

​Azərbaycan “Marı-2015-ci il Türk Dünyasının Mədəniyyət Paytaxtı”nın açılış mərasimində təmsil olunacaq Tədbirdə Azərbaycanı "Cəngi" estrada folklor ansamblı və əl sənətkarlarından ibarət nümayəndə heyəti təmsil edəcək
Mədəniyyət siyasəti
21 Yanvar , 2015 20:23
​Azərbaycan “Marı-2015-ci il Türk Dünyasının Mədəniyyət Paytaxtı”nın açılış mərasimində təmsil olunacaq

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycan “Marı-2015-ci il Türk Dünyasının Mədəniyyət Paytaxtı”nın açılış mərasimində təmsil olunacaq. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Yanvarın 27-də keçirilməsi planlaşdırılan tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, "Cəngi" estrada folklor ansamblı və əl sənətkarlarından ibarət nümayəndə heyəti təmsil edəcək.

Tədbir çərçivəsində estrada, folklor və türk xalqlarının rəqs ansambllarının konserti, eyni zamanda TÜRKSOY-a üzv ölkələrin mədəniyyət və turizm imkanlarının təşviq olunması və tanıdılması məqsədilə təsviri və dekorativ sənət ustalarının, həmçinin fotoqrafların əsərlərinin sərgisi təşkil ediləcək.

Qeyd edək ki, ötən il noyabrın 21-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilmiş TÜRKSOY Daimi Şurasının XXXII iclasının qərarı əsasında Türkmənistanın Marı şəhəri 2015-ci ilin Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunub. 

Son xəbərlər

Orphus sistemi