Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Milli Kulinariya Komandası iştirak etdikləri Beynəlxalq Kulinariya Çempionatının nəticələri ilə bağlı mətbuat konfransı keçirib.
“Report” xəbər verir ki, tədbirdə Azərbaycanı Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov və komandanın üzvləri çıxış ediblər.
T.Əmiraslanov xatırladıb ki, 13-cü Kulinariya Çempionatı yanvarın 28-31-də Türkiyənin İstanbul şəhərində keçirilib.
Münsif qismində Azərbaycanı Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov təmsil edib. Komandaya AMKM-nin baş mütəxəssisi Nərmin Babayeva rəhbərlik edib.
Milli Kulinariya Komandası çempionatda 6 qızıl, 7 gümüş, 3 bürünc medal qazanıb.
Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Türkmənistanda keçiriləcək Asiya Oyunlarında iştirak üçün təklif aldıqlarını da bildirib: "Olimpiya oyunları üçün təklif gəlsə, məmnuniyyətlə qəbul edərik. Amma hazırda heç bir müraciət yoxdur".
