Yuxarı
    Bağlamaq

    Azərbaycanın gənclər və idman naziri Köçərilərin II Ümumdünya Oyunlarının açılışına qatılacaq

    Oyunlar sentyabrın 3-8-də İssık-Kul gölünün sahilində yerləşən Çolpon-Ata şəhərində keçiriləcək

    Bakı. 30 iyun. REPORT.AZ/ Qırğızıstanda keçiriləcək Köçərilərin II Ümumdünya Oyunlarının açılış mərasimində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun iştirak edəcəyi gözlənilir.

    "Report" xəbər verir ki, bu barədə Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov bildirib.

    Qeyd edək ki, Oyunlar sentyabrın 3-8-də İssık-Kul gölünün sahilində yerləşən Çolpon-Ata şəhərində keçiriləcək. Oyunlarda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Monqolustan, Çin və Rusiya Federasiyasının 10-dan çox subyektinin nümayəndələri iştirak edəcək. Ümumilikdə 50-dən çox ölkəyə yarışlarda iştirakla bağlı dəvət göndərilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi