Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycan oktyabr ayının 10-11-də Fransanın Orne departamentində keçiriləcək Sen-Deni sərgisində iştirak edəcək.
Parisdə "Azərbaycan Evi" təşkilatının baş katibi Mirvari Fətəlliyevanın "Report"a verdiyi məlumata görə, sərgidə Azərbaycan rəqsləri nümayiş olunacaq və Azərbaycan ifaçılarının iştirakı ilə konsertlər təşkil ediləcək.
Onun sözlərinə görə, tədbirdə ölkəmizi Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov təmsil edəcək. Bundan əlavə, tədbirdə "Azərbaycanın Fransadakı dostları" təşkilatının prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan Fransua Mansel də iştirak edəcək.