Azərbaycan Fransada Qadın hüquqlarına həsr edilən film festivalında təmsil olunacaq

Azərbaycan Fransada Qadın hüquqlarına həsr edilən film festivalında təmsil olunacaq Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Qadın hüquqlarına həsr edilmiş film festivalında təmsil olunacaq.
Mədəniyyət siyasəti
26 Noyabr , 2019 22:30
Azərbaycan Fransada Qadın hüquqlarına həsr edilən film festivalında təmsil olunacaq

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Qadın hüquqlarına həsr edilmiş film festivalında təmsil olunacaq. 

"Report"un Fransa bürosu xəbər verir ki, Azərbaycan Respublikasının Fransadakı səfirliyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə alman rejissoru Veit Helmerin Bakıda çəkdiyi “TheBra” filmi 6 dekabrda Parisdə "Qadın hüquqları və Kino" festivalında göstəriləcək.

3-6 dekabrda keçiriləcək beynəlxalq film festivalında ona yaxın ölkə təmsil olunacaq. "Qadın hüquqları və Kino" festivalı bu il ikinci ildir ki, keçiriləcək.

Son xəbərlər

Orphus sistemi