Azərbaycan filmi “Çölçü” 6 yeni mükafat qazanıb

Azərbaycan filmi “Çölçü” 6 yeni mükafat qazanıb Rejissor Şamil Əliyevin “Çölçü” filmi Böyük Britaniya, Sinqapur və Hindistanda keçirilən onlayn müsabiqələrdə ümumilikdə altı mükafata layiq görülüb.
Mədəniyyət siyasəti
21 İyul , 2020 16:07
Azərbaycan filmi “Çölçü” 6 yeni mükafat qazanıb

Rejissor Şamil Əliyevin “Çölçü” filmi Böyük Britaniya, Sinqapur və Hindistanda keçirilən onlayn müsabiqələrdə ümumilikdə altı mükafata layiq görülüb.

Mədəniyyət Nazirliyindən "Report" verilən məlumata görə, “Çölçü” filmi “Falcon International Film Festival”da (iyun 2020, London) “Ən yaxşı bədii film” kateqoriyası üzrə mükafat qazanıb.

Həmçinin “World Film Carnival” (may–iyun 2020, Sinqapur) və “Rosebud International Film Festival”da (yanvar-iyun 2020, Hindistan) “Çölçü”nü ən yaxşı bədii film kimi mükafatlandırıblar.

“Çölçü” filmi “Panjim International Film Festival”da (aprel–iyun 2020, Hindistan) 3 kateqoriya üzrə (ən yaxşı bədii film, ən yaxşı rejissor, ən yaxşı prodüser) mükafatlara layiq görülüb.  

Müsabiqələrin nəticəsi COVID-19 pandemiyası ilə əlaqədar olaraq, onlayn formatda elan olunub.  

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, prodüseri M.Hətəmov, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

Son xəbərlər

Orphus sistemi