Yuxarı

Azərbaycan filmi Belarusun ən çox izlənilən kanalında nümayiş etdirilib

Bu ölkənin aparıcı telekanallarında və mətbuat səhifələrində mütəmadi olaraq Azərbaycan haqqında filmlər və məqalələr yerləşdirilir

Bakı. 5 avqust. REPORT.AZ/ "Babək" filmi Belarusun ən çox izlənilən "Беларусь 3" kanalında (rus dilində) iki gün ardıcıl olaraq nümayiş etdirilib. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

"Belarusun aparıcı telekanallarında və mətbuatında mütəmadi olaraq Azərbaycan haqqında filmlər və məqalələr yerləşdirilir", - məlumatda bildirilib.

Qeyd edək ki, hər il Belarus Respublikasının müxtəlif qəzet və jurnallarında Azərbaycan haqqında 20-25 məqalə dərc olunur, telekanallarında isə il ərzində 50-52 saat efir vaxtı ayrılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi