Azərbaycan “Dünya mətbəxi” beynəlxalq festivalında təmsil olunur

Azərbaycan “Dünya mətbəxi” beynəlxalq festivalında təmsil olunur Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən “Dünya mətbəxi” beynəlxalq festivalında təmsil olunur.
Mədəniyyət siyasəti
6 Dekabr , 2021 17:02
Azərbaycan “Dünya mətbəxi” beynəlxalq festivalında təmsil olunur

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən “Dünya mətbəxi” beynəlxalq festivalında təmsil olunur.

“Report”un yerli bürosu xəbər verir ki, tədbir Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə keçirilir.

Məqsəd Azərbaycanı Fransada daha yaxından tanıtmaq, mədəni irsə malik iki xalq arasında dostluq əlaqələrini daha da möhkəmlətməkdir.

Tədbir zamanı Azərbaycan mətbəxindən və şirniyyatından nümunələr, habelə Qarabağ kətəsi qonaqlara paylanılıb, Azərbaycan kulinariyasına həsr edilmiş kitablar nümayiş olunub, mətbəximiz, ümumiyyətlə ölkəmiz haqqında qonaqlara məlumat verilib.

Tədbir çərçivəsində müxtəlif ölkələrin milli rəqsləri və musiqiləri də ifa olunur. Azərbaycan milli rəqslərini Parisdə yaşayan Səma Muqadam ifa edib.

Azərbaycanın stendini çoxlu sayda fransalı və xarici qonaqlar, habelə Paris meriyasının rəsmiləri, Fransanın məşhur aşbazları ziyarət ediblər. Onlar arasında Fransa prezident sarayı Yeliseyin baş aşbazı Qiyom Qomez (Guillaume Gomez) də var.

Qeyd edək ki, “Dünya mətbəxi” beynəlxalq festivalına 28 ölkə qatılıb.

Son xəbərlər

Orphus sistemi