Azərbaycan dolması YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib

Azərbaycan dolması YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib Bu barədə qərar Cənubi Koreyada keçirilən Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin iclasında qəbul olunub
Mədəniyyət siyasəti
6 Dekabr , 2017 12:24
Azərbaycan dolması YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan mətbəxinin nümunəsi olan dolmanın hazırlanma qaydası YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin reprezentativ siyahısına daxil edilib.

"Report" xəbər verir ki, bu barədə qərar dekabrın 4-dən 9-dək Cənubi Koreyanın Çedjudo adasında keçirilən təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin iclasında qəbul olunub.

Xatırladaq ki, Hökumətlərarası Komitə qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya çərçivəsində yaradılıb.

Son xəbərlər

Orphus sistemi