Azərbaycan Budapeştdə təşkil olunan “Uşaq moda günləri” tədbirində iştirak edib

Azərbaycan Budapeştdə təşkil olunan “Uşaq moda günləri” tədbirində iştirak edib Dizayner Leyla Cəbrayılqızının nümayiş etdirdiyi kolleksiya böyük rəğbətlə qarşılanıb
Mədəniyyət siyasəti
28 Aprel , 2016 18:09
Azərbaycan Budapeştdə təşkil olunan “Uşaq moda günləri” tədbirində iştirak edib

Bakı. 26 aprel. REPORT.AZ/ Macarıstanın paytaxtı Budapeşt şəhərində hər il ənənəvi şəkildə keçirilən “Uşaq moda günləri” adlı tədbirdə bu ölkədə yaşayan soydaşımız, modelyer-dizayner Leyla Cəbrayılqızının “Azərbaycan milli uşaq geyimləri” adlı kolleksiyasının növbəti təqdimatı keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, münsiflər heyəti tərəfindən fərqlənmə diplomuna layiq görülmüş kolleksiyaya daxil olan milli geyimlər beynəlxalq uşaq bağçasında təhsil alan 10 müxtəlif millətin kiçik nümayəndələri tərəfindən podiumda sərgilənib. Nümayiş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bundan öncə Macarıstanda akkreditə olunmuş diplomatların xanımlarının təmsil olunduğu Diplomat Xanımları Budapeşt təşkilatının təşəbbüsü ilə keçirilən xeyriyyə yarmarkasında nümayiş etdirilən milli geyimlər həmin tədbirdə də auditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb. Nümayişi izləyən Macarıstan prezidentinin xanımımilli qadın geyimlərimizlə bağlı xoş təəssüratlarını dilə gətirib. Gənc modelyer Leyla Cəbrayılqızı milli geyimlərimizdən ibarət növbəti sərgini Vyanada təşkil edilməsi planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi