Azərbaycan beynəlxalq festivalda təmsil olunub

Azərbaycan beynəlxalq festivalda təmsil olunub Festivalda qonaq qismində 200 min nəfər iştirak edib
Mədəniyyət siyasəti
4 İyun , 2018 13:55
Azərbaycan beynəlxalq festivalda təmsil olunub
0 : 00
0 : 00

Bakı. 4 iyun. REPORT.AZ/ Belarusun Qrodno şəhərində 12-ci "Milli Mədəniyyətlər" festivalı keçirilib. Festivalda 36 ölkədən diaspor təşkilatları iştirak edib. 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Belarusdakı "Azərbaycan İcmaları Konqresi" beynəlxalq ictimai birliyi Azərbaycanın milli musiqiləri, xalq geyimləri, milli mətbəximizin ləziz təamlarını festival iştirakçılarına təqdim edib.

Qədim xalçalar və məişət alətləri, milli musiqi alətləri, xüsusi suvenirlərlə bəzədilən Azərbaycan guşəsi maraqla qarşılanıb. "Sarı gəlin" və "Leqendı Kavkaza" rəqs ansamblları, Azərbaycandan dəvət olunmuş sənət adamları festival iştirakçılarına yaddaqalan anlar yaşadıblar.

Festivalda qonaq qismində 200 min nəfər iştirak edib.

Dövlətlər arasında sülhə, tolerantlığa göstərilən diqqətin bəhrəsi kimi "Xoşbəxtlik ağacları" əkilib, ağacların budaqlarından ölkələrin bayrağını əks edən rəngli lentlər asılıb.

Son xəbərlər

Orphus sistemi