Azərbaycan Avropa Şurası Mədəni Marşrutların İllik Məşvərət Forumunda təmsil olunur

Azərbaycan Avropa Şurası Mədəni Marşrutların İllik Məşvərət Forumunda təmsil olunur Bakı. 27 sentyabr. REPORT.AZ/ Sentyabrın 26-da Almaniyanın Görlitz şəhərində Avropa Şurası Mədəni Marşrutların İllik Məşvərət Forumu başlayıb.
Mədəniyyət siyasəti
27 Sentyabr , 2018 13:51
Azərbaycan Avropa Şurası Mədəni Marşrutların İllik Məşvərət Forumunda təmsil olunur
0 : 00
0 : 00

Bakı. 27 sentyabr. REPORT.AZ/ Sentyabrın 26-da Almaniyanın Görlitz şəhərində Avropa Şurası Mədəni Marşrutların İllik Məşvərət Forumu başlayıb.

"Report"un məlumatlna görə, tədbirdə Azərbaycanı Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin sektor müdiri Günel Aslanova təmsil edir.

Forumda, əsasən, “Avropa Şurasının mədəni dəyərləri, mədəni irs sahələri və vətəndaşları birləşdirən mədəni marşrutlar üzrə strategiya və birgə fəaliyyət” adı altında müzakirələr aparılır.

Tədbiri Görlitz şəhərinin meri Slegfried Deinege açaraq mədəni marşrutların inkişafı nəticəsində mədəniyyət mübadiləsi, xalqlar arasında dialoqun genişləndirilməsi prosesinin daha da sürətləndiyini qeyd edib və builki forumun məhz rəhbərlik etdiyi şəhərdə keçirildiyi üçün məmnunluğunu ifadə edib. O bildirib ki, Görlitz şəhərinin yalnız Avropa Şurası çərçivəsində deyil, digər beynəlxalq təşkilatların layihələri əsasında fəaliyyət göstərən mədəni marşrutlarda təmsil olunması həm şəhərin tanıdılması, həm də əcnəbi qonaqların mütəmadi səfərlərinin təşkili baxımından olduqca əhəmiyyətlidir.

Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin sektor müdiri Günel Aslanova tədbir iştirakçılarına son illər beynəlxalq mədəni marşrutlar çərçivəsində Azərbaycanın gördüyü işlər barədə ətraflı məlumat verib. O, Mədəniyyət Nazirliyi olaraq, ənənəvi marşrutlarla yanaşı, Avropa Şurasının “Zeytun Yolları” kimi yeni inkişaf edən layihələrdə də iştirakın vacibliyini vurğulayb.

Forumun ikinci günündə Azərbaycanın Avropa Şurası çərçivəsində növbəti mədəni marşruta daxil edilməsi və layihənin işlənib hazırlanması ilə bağlı müzakirələr aparılacaq.

Tədbir sentyabrın 28-də baş çatacaq.  

Son xəbərlər

Orphus sistemi